Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:53
-

Şənbə günü Dəməşqə gələn BMT-nin və Ərəb Liqasının Suriya münaqişəsinin həllində vasitəçi seçdiyi Lakhdar Brahimi bazar günü Suriya prezidenti Bashar Assadla görüşüb.

Lakhdar Brahimi Suriyada döyüşən tərəfləri Qurban bayramında atəşkəs elan etməyə çağırıb.

Müsəlmanıarın dini ayini olan Qurban bayramı oktyabrın 29-da başlayacaq və 4 gün davam edəcək.

İran, İraq, Türkiyə və Almaniya bu təklifi dəstəkləyiblər.

Amma Suriya hökuməti və üsyançılar bu təklifə münasibətlərini bildirməyiblər.

Lakhdar Brahimi Suriyanın xarici işlər naziri Walid al-Moallemlə görüşüb, amma jurnalistlərə müsahibə verməyib.

Suriyada isə toqquşmalar şənbə günü də davam edib. Suriya hüquq müdafiəçiləri bu döyüşlərdə 40-dan çox mülki şəxsin, 20-dən çox isə hökumət əsgərinin öldürüldüyünü deyir.

Şərhləri göstər

XS
SM
MD
LG