Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:08

«Parlament buraxılsın» aksiyasında 12 nəfər həbs cəzası alıb


20 Oktyabr aksiyasında saxlananların məhkəməsi...
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

20 Oktyabr aksiyasında saxlananların məhkəməsi...

-

Bakıda oktyabrın 20-də keçirilən etiraz aksiyası zamanı 12 nəfər həbs olunub. Müsavat partiyasının sədr müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, saxlananlar barəsində 7, 8 və ya 10 sutkalıq həbs cəzası verilib. Onlardan 4-ü Müsavat, 6-sı AXCP, 2-si isə müstəqil gənclər təşkilatlarıının fəallarıdır.
Gülağa Aslanlı deyib ki, aksiya zamanı 100-dən çox adam polis bölməsinə aparılıb. Onların bəziləri müxtəluf məbləğdə cərimə olunub, digərlərinə isə xəbərdarlıq edilərək azadlığa buraxılıb.
Müsavat funksioneri bildirib ki, okytabrın 22-də həbs olunanlarla bağlı yuxarı məhkəmə instansiyasına appelyasiya veirləcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, onlar saxlananlarla bağlı açıqlama yaymayacaqlar.
Hakim Yeni Azərbaycan partiyasının icraçı katibi Əli Əhmədov "Mediaforum" saytına aksiyanı baş tutmamış sayıb və deyib ki, aksiyada səsləndirilən tələblərin məntiqi əsası yoxdur.
Müxtəlif gənclər təşkilatları oltyabrın 20-da Bakının Fəvvarələr Meydanında "Parlament buraxılsın" tələbi ilə aksiya keçirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG