Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:44
-

Astara rayon Qaz İstismarı İdarəsində çilingər işləyən Zabir Ağayevin «Qaynar xətt»ə şikayəti idarənin baş mühəndisindəndir. Deyir ki, baş mühəndis Füzuli Məmmədov işçiləri min bir bəhanə ilə işdən çıxarıb, yerlərinə yaxın qohum-əqrəbalarını yerləşdirir.

«QOHUM-ƏQRƏBASINI YIĞIB BAŞINA»

«2005-ci ildən həmin idarədə çalışıram. Şikayətim də baş mühəndis Füzuli Məmmədovla bağlıdır. Mənə qarşı qərəzli münasibətdədir, mənimlə yola getmir. Səbəb isə odur ki, məndən sonra işə götürülən yaxın qohumlarına növbədənkənar istehsalat dərəcəsi verir, təbii ki, bu da maaşlarına yaxşı təsir göstərir. Mən də buna etiraz edirəm, yuxarılara şikayətlər yazıram. Hər dəfə yazdığım şikayətlərdən sonra idarə rəisi çağırıb deyir ki, heç yerə yazma, yaxın vaxtlarda sənə də dərəcə veriləcək, ancaq sonra görürəm ki, boş söhbətdir. Ümumiyyətlə, bu idarədə saxta sənəd düzəldib işçini işdən azad etmək adi hala çevrilib. O, işçilərin yerinə isə Füzuli Məmmədov öz qohumlarını yığır».

«BU ADAM ŞANTAJLA MƏŞĞULDUR»

Zabir Ağayev deyir ki, baş mühəndis borclu abonentlərin evlərinə gedən qaz xətlərinin kəsilməsinə göstəriş versə də, qohumlarının borclu olmasına baxmayaraq onların evinə gedən qaz xəttinə dəymir.

Astara rayon Qaz İstismar İdarəsinin baş mühəndisi Füzuli Məmmədov isə çilingərin ittihamları ilə razılaşmır:

«O adam əvvəllər idarədə nəzarətçi-çilingər işləyirdi, Ziya Bünyadov küçəsindən Nizami küçəsinə kimi bütün abonentlərdən pulları alıb mənimsəmişdi. İşsiz qalmasın deyə, məcbur olduq ki, onu qəza xidmətinə çilingər keçirək. İndi də başlayıb bizi şantaj etməyə. Gəlsinlər yoxlasınlar görək kimdir mənim burda işləyən qohumum? Bu adam şantajla məşğuldur, mən də ona demişəm ki, başını sal aşağı, hamı necə sən də elə işlə».

Baş mühəndis qaz pulu ödəməyən yaxın qohumlarının evinə gedən qaz xəttinin kəsilməməsi ittihamına isə belə cavab verdi:

«Dünən öz bacımın evinə gedən qaz xəttini kəsmişəm».

Hüquqşünas Azər Həsənov deyir ki, çilingər işdə qanunsuzluqlarla üzləşirsə, rəhbərlik tərəfindən qərəzçilik münasibəti hiss edirsə bu barədə idarənin tabe olduğu ən yüksək qurumlara, əgər nəticə əldə edə bilməzsə məhkəməyə müraciət etməlidir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG