Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

«Artıq İctimai Palatadan çıxan arxaya baxmadan bu qurumdan qaçır»


Mətbuat icmalı
Mətbuat icmalı
GÜLƏR ƏHMƏDOVA YAP-A QALİB GƏLİB?

«Azadlıq» qəzeti Gülər Əhmədovanın YAP-a qalib gəldiyini yazır. Qəzet bildirir ki, «sabiq deputat BDU-da işə çıxdı, hakim partiyanın Yasamal təşkilatından onunla bağlı toplantı gözlənilmədiyi bildirildi».

Qəzet həmçinin yazır ki, həmin vaxt «sabiq deputatın dərs dediyi 805-ci otağın yerləşdiyi dəhlizdə tələbələrin gediş-gəlişi məhdudlaşdırılıbmış.

MÜTƏLLİBOV AZƏRBAYCAN ORDUSU HAQDA

«Mənim səylərimlə Azərbaycan peşəkar ordu əldə etdi». Bunu «Bizim yol»a müsahibəsində eks-prezident Ayaz Mütəllibov deyib. O, həm də deyib ki, «əgər MDB-yə daxil olmasaydıq, Rusiya ordu üçün bütün növ silah və texnikanı verməyəcəkdi».

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA «RAKET MÜHARİBƏSİ»

«Yeni Müsavat» qəzeti «Ermənistan Azərbaycan arasında mümkün raket müharibəsi»ndən yazır. Qəzetə görə, Ermənistanın hədəsindən sonra tərəflər raket arsenalının imkanlarını gündəmə gətirib. Azərbaycan daha etibarlı havadan müdafiə sistemlərinə və uzaqvuran silahlara malikdir».

Qəzet həm də əlavə edir ki, «Rusiya 102-ci bazaya aid «S-300» raketlərini Qarabağ yaxınlığında yerləşdirməklə status-kvonu saxlamaq yönündə daha bir addım atır».

İP NAĞILLARI?

«Artıq İctimai Palatadan çıxan arxaya baxmadan bu qurumdan qaçır». Bunu «Yeni Azərbaycan» qəzeti yazır. «Əslində, bu İP deyilən zadda heç kim birləşməmişdi. Sadəcə, hərə gəlib «maaş»ı alıb, altına bir stul çəkib otururdu. Radikal düşərgəyə yaxın hər qəzet də 3-4 şəkil çəkib yazı yazırdı. Vəssalam... Bu da «möhtəşəm, yenilməz, «pavorota girməz», yolundan dönməz İP» nağılları idi».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG