Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20

2013-cü il prezident seçkilərinə 42,5 milyon manat ayrılacaq


Azərbaycanın 2013-cü il dövlət büdcəsi layihəsində ölkədə prezident seçkilərinin keçirilməsi üçün nə qədər vəsait ayrılmasının nəzərdə tutulduğu məlum olub.

APA-nın xəbərinə görə, bu məqsədlə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılması nəzərdə tutulur. Bu xərclər müxtəlif istiqamətlər üzrə ayrılacaq. O cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əmək haqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün vəsait ayrılması nəzərdə tutulur.

Azərbaycanda 2013-cü il prezident seçkilərinin oktyabrın 16-da keçiriləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG