Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45

Vasif Talıbov çimərlikdə olub


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 2 iyul 2012. sayı: 122 (20.527)


NAXÇIVANDA YENİ ÇİMƏRLİK FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

...İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarındakı yeni çimərlik zonasına gəlmiş, burada yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, yeni yaradılmış çimərlik zonasının ərazisi 2,7 hektar, qumlu sahil xəttinin uzunluğu 110, eni isə 30 metrdir. Çimərlik böyüklər və uşaqlar üçün nəzərdə tutulan iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 5, eni isə 50 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulmuşdur.

Burada insanların istirahəti üçün lazımi şərait vardır. Əraziyə günlüklər qoyulmuş, 3 paltardəyişmə yeri və açıq avtomobil dayanacağı yaradılmış, ictimai – iaşə xidməti təşkil olunmuşdur.

Ali Məclisin Sədri çimərliyə gələn uşaqlarla görüşmüş, üzgüçülük idman növünün uşaq və gənclərin sağlamlığında mühüm yer tutduğunu bildirmiş, yeni çimərlik mövsümündə onlara xoş istirahət və sağlamlıq arzulamışdır.

MÜASİR SƏHİYYƏ OCAQLARININ SAYI ARTIR

Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən mühüm tədbirlər – yeni müəssisələrinin tikintisi, onların müasir tibbi avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması Naxçıvanda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən birinə çevrilmişdir. Son 17 ildə muxtar respublikamızda 140 səhiyyə müəssisəsi tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Həmin tibb müəssisələrinin hamısı müasir avadanlıqlarla təchiz edilmişdir. Bu il belə səhiyyə ocaqlarının sırasına biri də əlavə olunmuşdur. Bu, haqqında oxucularımıza məlumat verəcəyimiz Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin yeni binasıdır.

... - Belə müalicə müəssisələrinə dünyanın inkişaf etmiş ölkələrində rast gəlmək olar. Kardioloji mərkəz üçün belə gözəl və hərtərəfli şəraitlə təmin edilmiş binanın istifadəyə verilməsinin təməlində insanların sağlamlığına qayğı durur. Bu gün müxtəlif ürək xəstəliklərindən əziyyət çəkən naxçıvanlıların başqa yerlərə üz tutmasına ehtiyac qalmamışdır. Tibb heyəti də sağ olsun ki, xəstələrə qayğı ilə yanaşır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb
- Naxçıvanda Elmin İnkişafı Fonduna təqdim edilən layihələr müsbət qiymətləndirilmişdir.
XS
SM
MD
LG