Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:25

İranda partlayışda 2 Bəsic üzvü öldürülüb



Cümə günü İranın cənubunda Sistan-Bəlucistan əyalətində baş verən partlayışda iki nəfər həlak olub. İranın yarırəsmi Fars xəbər agentliyi bildirir ki, intiharçı məscidin yaxınlığında özünü partladıb və yarımhərbi birləşmə olan Bəsicin iki nümayəndəsini də qətlə yetirib.

Dövlət televiziyası da bildirir ki, intiharçı cümə namazı zamanı məscidə girməyə çalışıb, təhlükəsizlik xidməti onu saxlayanda isə özünü partladıb. Rəsmi xəbərdə bir neçə adamın yaralandığı bildirilir. Yaralılar arasında polis əməkdaşları da var.

Hələlik bu hadisəyə görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib. Amma Pakistanla həmsərhəd olan bu əyalətdə əvvəllər törədilmiş bir neçə səs-küylü partlayışların məsuliyyətini sünni ekstremist Cundallah qrupu öz üzərinə götürüb.
XS
SM
MD
LG