Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Bakiyevin oğlunun iş ortağı İtaliyada tutulub




Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevin iş ortağı Yevgeny Gurevich İtaliya paytaxtı Romada saxlanıb. AzadlıqRadiosunun qırğız xidmətinin məlumatına görə Sovet İttifaqında doğulmuş ABŞ vətəndaşı Gurevich oktyabrın 17-də ABŞ-dan Romaya gedərkən saxlanıb.

Yevgeny Gurevich əvvəllər Bişkekdə MGN Capital adlı maliyyə qrupunun rəhbəri kimi çalışıb və Maksim Bakiyevin yaxın adamı hesab edilir.

2010-cu ilin aprelində Kurmanbek Bakiyevin hakimiyyətdən devrilməsindən sonra Gurevich də Qırğızıstandan qaçıb.

Gurevich onu pul yuyulması cinayətində ittiham edən İtaliya müstəntiqlərinin tələbi ilə Romaya gedib və vəkili bildirir ki, artıq o istintaq təcridxanasına yerləşdirilib.

Keçən il Bişkek məhkəməsi də korrupsiya ittihamı ilə Gurevich-in 15 il azadlıqdan məhrum edilməsi ilə bağlı qiyabi hökm çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG