Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:03

Həmin an 3-cü dünya müharibəsi başlana bilərdi


ABŞ -- Prezident John Fitzgerald Kennedi 28 oktyabr 1962
ABŞ -- Prezident John Fitzgerald Kennedi 28 oktyabr 1962
-

1962-ci ilin oktyabrında ABŞ-la SSRİ arasında münasibətlər elə tarıma çəkilmişdi ki, bu, nüvə müharibəsinin başlanmasına təkan verə bilərdi.

Söhbət 13 günlük Karib böhranından gedir.

Sovet İttifaqının gizli şəkildə ABŞ-ın “qulağının dibində” – kommunist Kubasında nüvə başlıqlı raketlər yerləşdirməsi planı, nüvə başlıqlı raketləri daşıyan gəmilərin Kubaya yön aldığı qəfil üzə çıxmışdı.

O zamankı Amerika prezidenti Con Kennedinin etməyə hazırlaşdığı xalqa müraciətin mətnində sovet raketlərinin vurulması planı elan ediləcəkdi.

Həmin müraciətin mətni arxivlərdə qalıb

Kennedi Amerika xalqına bunları deyəcəkdi:

“Əziz həmvətənlər, ürək ağrısı ilə və vəzifə borcumu anlayaraq əmr vermişəm ki - hazırda ABŞ Hava Qüvvələri bu əmri yerinə yetirir – hərbi əməliyyat keçirilsin və Kubada toplanan nüvə arsenalı yalnız adi silahlar vasitəsilə məhv edilsin”

Bu müraciətin mətni prezidentin qardaşı və o zaman yaxın köməkçisi olmuş Robert Kennedi tərəfindən saxlanan, 3000 müxtəlif sənəddən, qeydlərdən ibarət arxivin ən diqqətçəkən əşyasıdır.

Sənədi Karib böhranının 50 ilə bağlı Con Kennedi adına Kitabxana və Muzey İnternetə yerləşdirib.

Harvard Universitetinin Elm və Beynəlxalq Əlaqələr üzrə Belfer Mərkəzinin direktoru Graham Allison Karib böhranı üzrə ekpertdir.

“Bu sənəd açıq şəkildə göstərir ki, prezident Kennedi Sovet nüvə raketlərinin Kubaya aparıldığının aşkarlanmasından sonra 48, yaxud 72 saat ərzində görməyə məcbur
SSRİ-nin "Anosov" gəmisi ikitərəfli razılaşmaya görə sovet raketlərini Kubadan çıxarır, 9 niyabr 1962
SSRİ-nin "Anosov" gəmisi ikitərəfli razılaşmaya görə sovet raketlərini Kubadan çıxarır, 9 niyabr 1962
olduğu işləri planlaşdırıb. O, müraciət mətnində sovet raketlərini vurmaq planına haqq qazandırır. Əgər həmin plan elan edilsəydi, biz bundan sonra zəncirvari hadisələrin, sonda isə nüvə müharibəsinin şahidi olardıq”.

Amma Kennedi Amerika xalqına həmin müraciəti etmədi

Bunun əvəzində o, Kubanın dəniz blokadası yolunu seçir. Bütün dünya nəfəsini qısıb gərginliyin nəylə bitəcəyini gözləyir.

Bir neçə günlük diplomatik əsəb oyunundan sonra SSRİ raketləri geri qaytaracağını elan edir, ABŞ isə Kubaya müdaxilə etməyəcəyini vəd edir.

Başqa bir sənəd isə göstərir ki, prezidentin yaxın ətrafı – köməkçiləri və komandirlər arasında yekdil qərar olmayıb. Bir qism Kubaya zərbə endirilməsinə tərəfdar olub, bir qism isə blokadaya. Tarixdə onların adı “göyərçinlər” və “qırğılar” kimi qalıb. Bəziləri isə bunların hansının daha yaxşı çıxış yolu olduğunu özü üçün müəyyən edə bilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG