Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07

Güllələnmiş pakistanlı yeniyetmə qız ayağa qalxır



Britaniyada həkimlər Pakistanda güllələnən yeniyetmə qız Malala Yousufzainin getdikcə sağaldığını deyirlər. Həkimlər cümə günü bildiriblər ki, o hələ danışa bilmir, çünki nəfəs borusuna kənar boru yerləşdirilib, amma yazmaqla ünsiyyət qurur və bu gün həm də ayağa qalxıb.

Pakistanda Svat vadisində Talibanın qoyduğu qaydalarla yaşamağın çətinliklərindən bəhs etdiyi bloqları ilə məşhur olan Malala keçən həftə başından güllə ilə vurulub.

Talibanın sözçüsü Ehsanullah Ehsan yeniyetmə qıza bu hücuma görə məsuliyyəti onun təşkilatının öz üzərinə götürdüyünü bildirib. Buna görə Pakistanın Daxili İşlər naziri Rehman Malik Ehsan-ın ələ keçirilməsinə yardım edənlərə 1 milyon dollar mükafat vəd edib.

Hücumdan sonra Malala Britaniyada Kraliça Elizabeth xəstəxanasına yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG