Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:03

Avropa liderləri bankların vahid idarə edilməsinə razılaşıblar


Avropa Birliyi ölkələrinin liderləri avro pul vahidi işlədən ölkələrin banklarının idarə edilməsi üçün vahid mərkəzin yaradılması qərarına gəliblər. Bu mərkəz gələn ilin əvvəlindən işə salınmalıdır.

Bu barədə oktyabrın 19-da Brüsseldə Birlik ölkələri liderlərinin görüşündən sonra Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy bildirib.

Fransa prezidenti Francois Hollande də bildirib ki, Avropa Birliyi bank böhranının aradan qaldırılmasında ciddi dönüş yarada biləcək qərar qəbul edib və bu, regionda maliyyə sabitliyini bərpa edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG