Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38
-
ABŞ-da nə qədər azərbaycanlı var? Ermənilər nə qədərdir? Hər diasporun sayı hansı sürətlə artır?

ABŞ-da seçki ilində Siyahıyaalma Bürosu əhalinin sayı və tərkibi haqda yeni siyahıları hazırlayıb.

Bu göstəricilərin təhlili ilə 3 qrup siyahı hazırlamaq olar.

1. Diasporun indiki sayı
2. Artım dinamikası – Başqa ölkələrdə anadan olanların neçə nəfəri 2001-2010-cu illərdə ABŞ-da vətəndaşlıq alıb
3. Başqa ölkələrdə anadan olanların neçə nəfəri 2001-2010-cu illərdə ABŞ-da «yaşıl kart» – daimi yaşayış icazəsi alıb

MDB ölkələri xalqlarının ABŞ-dakı diasporunun say göstəricisi iki hissənin cəmindən yaranır: xalqın yerli ABŞ qrupu və xaricdə anadan olub sonradan ABŞ-a gələnlər.

ABŞ-ın Siyahıyaalma Bürosu azərbaycanlı, Belarus, gürcü, qazax, qırğız, tacik, türkmən və özbəklərin yerli qrup kimi xüsusi qeydiyyatını aparmır, yalnız xaricdə anadan olub-gələnlərin sayını qeydə alır.

Post-sovet ölkələrinin ABŞ diasporu

Rusiya

3354765

Ukrayna

1266239

Ermənistan

536820

Belarus

55057

Özbəkistan

43198

Moldova

32481

Azərbaycan

23596

Qazaxıstan

23491

Gürcüstan

16370

Qırğızıstan

4747

Tacikistan

4385

Türkmənistan

746


ARTIM DİNAMİKASI

2001-2010-cu illərdə ABŞ-da vətəndaşlıq alanlar (anadan olduqları ölkələr üzrə)

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

2010

Azərbaycan

946

1187

886

793

904

997

606

834

1005

1233

Ermənistan

1968

1814

1673

1793

1737

1605

1495

2195

2021

3168



MDB ölkələri arasında ABŞ-da ən çox vətəndaşlıq alanlar Rusiya və Ukraynadan olanlardır.

2010-cu ildə Rusiyadan 7566, Ukraynadan 7345 adam ABŞ vətəndaşlığı alıb.

2001-2010-cu illərdə ABŞ-da «yaşıl kart» alanlar (anadan olduqları ölkələr üzrə)

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

2010

Azərbaycan

1152

1164

746

969

1523

2371

1166

1071

834

781

Ermənistan

1752

1800

1287

1833

2591

6317

4351

3586

3442

2979


Son illər Gürcüstan da «yaşıl kart» alanların sayına görə Azərbaycanı təxminən iki dəfə ötüb.

Məsələn, 2010-cu ildə Azərbaycandan 781 adam «yaşıl kart» almışdısa, Gürcüstandan 1518 adam alıb.

MDB məkanında ən çox «yaşıl kart» alanlar Ukraynadan olanlardır – 2009-cu ildə 11223, 2010-cu ildə 8477 nəfər «yaşıl kart» sahibi olub.

Şərhləri göstər

XS
SM
MD
LG