Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:37

Azərbaycan alpinisti beynəlxalq təşkilatın prezidenti oldu


Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı Beynəlxalq Alpinizm və dağadırmanma Federasiyasında gənclər komissiyasına prezidenti seçilib. Azərbaycan Alpinizm Federasiyası mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

Məlumatda deyilir ki, oktyabrın 13-də Amsterdamda Beynəlxalq Alpinizm və dağadırmanma Federasiyasının (Union İnternationale des Associations d’Alpinisme - UİAA) yeni prezident seçkiləri keçirilib. UIAA-nın gənclər komissiyasına iki müddət rəhbərlik etmiş Anne Arranın yerinə Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı seçilib.

UIAA-nın gənclər komissiyası gənclər arasında alpinizmin geniş yayılmasına cavabdehdir.

Komissiya ARISF-lə (Association of IOC Recognised International Sports Federations – Beynəlxalq İdman Federasiyaları Assosiasiyası) və Beynəlxalq Olimpiya Komitəsiylə (BOK) əlaqəli işləyir.

UİAA-da (Union İnternationale des Associations d’Alpinisme) 79 ölkə iştirak edirdi, bu il isə Kosta-Rika 80-ci ölkə kimi qatılıb.Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidməti
XS
SM
MD
LG