Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:36

Elnur Aslanov: «Biz hər seçkiylə Azərbaycan demokratiyasını zirvələrə aparacağıq»


Elnur Aslanov

Elnur Aslanov

«Biz hər seçkiylə Azərbaycan demokratiyasını daha böyük zirvələrə qalxmasına, inkişafına nail olacağıq». Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanov jurnalistlərə açıqlamasında belə deyib.

«Azərbaycanda demokratik islahatlar şəffaf aparılır. Azərbaycan demokratik dövlətdir və eyni zamanda gənc dövlətdir. Təbii ki, 21 ildə insan azadlıqlarının təmin edilməsi sahəsində, media azadlıqları, sərbəst toplaşmaq, seçkilərin azad və şəffaf keçirilməsi sahəsində əldə etdiyimiz uğurlar nəzərə çarpandır».

Elnur Aslanovun sözlərinə görə, Azərbaycan demokratik inkişafda öz sözünü qətiyyətlə deyib.

«PARLAMENTİN İSTƏNİLƏN QƏRARINI DƏSTƏKLƏMƏYƏ HAZIRIQ»

«Hökumətlə razılaşdırılmamış aksiyalarda iştirakla bağlı cərimələrin artırılmasına Prezident Administrasiyasında münasibət necədir?» sualına Elnur Aslanov belə cavab verdi: «Parlament qanun layihəsini müzakirə edəcək və öz sözünü deyəcək. Bununla bağlı parlamentarilərin qəbul etdiyi istənilən qərarı biz dəstəkləməyə hazırıq».

«İSTƏDİYİMİZ ODUR Kİ, ABŞ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AZƏRBAYCANA DƏSTƏK DURSUN»

Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanov Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın rolundan da danışıb: «İstədiyimiz odur ki, ABŞ digər aparıcı dövlətlərlə birlikdə bu məsələnin nizamlanmasında daha fəal rol oynasın, işğalçını işğalçı adlandırsın və Azərbaycan ərazilərinin erməni işğalından azad olunmasına nail ola bilsinlər».

ABŞ AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ PRİORİTETLƏR

ABŞ-Azərbaycan münasibətlərinə toxunan Elnur Aslanov deyib ki, iki ölkənin münasibətlərində prioritet enerji layihələridir.

«Enerji layihələri ilə yanaşı siyasi və iqtisadi islahatların həyata keçirilməsidir. Eyni zamanda, bizim hərbi və siyasi sahədə əməkdaşlığımızdır ki, bu da Azərbaycan əsgərlərinin ABŞ əsgərləri ilə çiyin-çiyinə İraq, Kosova və Əfqanıstanda birgə əməliyyatlarda iştirakıdır. Eləcə də Azərbaycan üzərindən Əfqanıstana təyyarələrin uçuşunun təmin edilməsidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG