Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Tovuza investisiya qoyuluşu 66,6 faiz artıb


Bu barədə məlumatı Tovuz rayon Statistika İdarəsindən veriblər. Məlumata görə,
investisiyanın 98 faizi dövlət tərəfindən qoyulub.

Belə ki, bu ilin 9 ayı ərzində rayonda əsas kapitala 47 milyon 695 min 600 manata vəsait ayrılıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisə 66,6 faiz çoxdur. Rayonda bu il tikinti quraşdırma işlərinə 44 milyon 473 min 600 manat ayrılıb ki, bu da ötən illə müqayisədə 74,4 faiz artıb.

Dövlət kapitalı əsasən məktəb tikintisinə, abadlıq və quruculuq işlərinə, həmçinin su kanalizasiya sisteminin yenidən qurulmasına ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG