Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:57

Gəncədə enerjiyə görə borc 40 min manatı keçib


Bu barədə Gəncə şəhər Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayev məlumat verib. Onun sözlərinə görə, 300-ə yaxın abonentin sayğaca müdaxilə etdiyi müəyyənləşib və aktlaşdırılıb.

Şəbəkənin direktoru deyib ki, aktların 100-ü 2003-2005-ci illərdən baş verən müdaxilələrlə bağlıdır ki, bu müddət ərzində yığılan borc 15 min manat təşkil edir. 25 min manat isə son bir il ərzində qeydə alınmış 200 abonentin sayğaca müdaxiləsi ilə bağlıdır.

Əhməd Musayev deyir ki, sayğaca müdaxilənin cəriməsi təxminən 1 il üçün 600-1000 manat arasındadır.

Əhməd Musayev əlavə edir ki, yeni salınmış qəsəbələrdə hələ ki, enerji şəbəkəsi qurulmadığından bu ərazilərdə də enerji oğurluğu faktı baş verir. Yaxın vaxtlarda həmin qəsəbələr üçün sifariş verilmiş sayğaclar gətiriləcək və quraşdırılacaq.
XS
SM
MD
LG