Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:29

«BP-Azərbaycan»da yeni təyinat olub


«BP-Azərbaycan» şirkətinin quyular üzrə vitse-prezidenti dəyişib. Bu vəzifəyə Jim Cowie
gətirilib. O, BP Qrupunun Quyular üzrə İnstitutuna təyinat alan Gary Chrisman-ı əvəzləyib.

«BP-Azərbaycan»dan AzərTAc-a bildiriblər ki, quyular üzrə vitse-prezident regiondakı quyularla bağlı bütün fəaliyyətə cavabdehdir. Cim Kauinin neft sənayesində 32 illik təcrübəsi olduğu, Bakıda quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət bir qrupa rəhbərlik edəcəyi bildirilir.

Bakıdakı quyular üzrə qrupa 10 yeni mütəxəssis mühəndis də qoşulacaq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 10 oktyabr iclasındakı çıxışında BP-ni ittiham edib.
XS
SM
MD
LG