Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

BMT-nin xüsusi nümayəndəsi Suriyaya gedir


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lakdhar Brahimi oktyabrın 20-də Suriyaya gedəcək. Onun Suriya rəhbərliyi ilə görüşü gözlənilir. Prezident Bashar Assadlə görüşüb-görüşməyəcəyi isə məlum deyil. Xarici işlər naziri Valed Muallimla görüşü isə planlaşdırılıb.

Əsas müzakirə Qurban bayramı günlərində atəşkəs elan olunması ilə bağlı olacaq.
İran prezidenti Mahmud Ahmedinejad atəşkəs təklifini bəyənib. Brahimi deyib ki, bu ideyanı Ərəb Dövlətləri Liqası da bəyənib.

Suriyada isə döyüşlər davam edir. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, dünən ölkə boyu gedən döyüşlərdə azı 135 adam ölüb. Onlardan 50-dən çoxu dinc sakinlərdir. Hökumətə aid helikopterin Maaret al-Numan şəhərini bombaladığı, burada 40-dan çox adamın öldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG