Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:38

2 gəncin "manifesti" (DEBAT)



AzadlıqFM 19.10.2012 - "2 gəncin manifesti"

Canlı yayımı burada izlə

Onlardan biri Azərbaycanda siyasi məhbus olduğunu deyir, o biri ölkədə siyasi həbslərin mövcudluğunu inkar edir. Biri Azərbaycandakı inkişafla fəxr edir, o biri isə «inkişafı görməyən və ya görmək istəməyən»lərə aiddir. Müxtəlif siyasi düşərgələrə məxsus 2 gəncin indiyədək virtual gedən debatını «Azadlıq Facebook məkanında» reallaşdırırıq.

Müxalif fikirli Ziya Bayramov və iqtidaryönlü Hacıbəy Heydərli AzadliqRadiosunun studiyasında canlı yayımda sualları cavablandırıblar.

- Azərbaycanda sərbəst toplaşmaq azadlığı varmı?

Hacıbəy Heydərli:

2 gəncin debatı

Facebook şərhləri

- Mən müxalifətin Bibiheybətdə keçirdiyi mitinqə müşahidəçi kimi getmişdim. Gördüm ki, gəldilər, tələblərini irəli sürdülər, iki saat mitinq keçirdilər, sonra da getdilər. Hesab edirəm ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı var. Yoxsa «dubinka» ilə polisin üstünə gedirsənsə, bu, özbaşınalıqdır. Mitinq icazə verilən yerdə olmalıdır.

Ziya Bayramov:

- Sərbəst toplaşmaq azadlığının imitasiyası var. Mitinqə icazə verirlər, amma mitinq keçirilən yerə gedən yollarda maneələr yaradırlar. Mən Bibiheybətdə keçirilən sonuncu mitinqə getmək istəyəndə məlum oldu ki, avtobus əvvəlki marşrutuna uyğun getmir. Soruşanda niyə belə, dedilər ki, onlara belə göstəriş verilib.

Hacıbəy Heydərli:

- Sürücü getmirsə, buna hökumət neynəsin? Əgər sən azadlıq mücahidisənsə, piyada get. Başqa kütləvi tədbirlər olanda görürsünüz ki, yolu bağlayırlar və keçməyə icazə vermirlər.

Ziya Bayramov:

- Sürücü özbaşınadır ki, marşrutundan çıxsın? Bir gün qabaq getmişdi, sabahısı gün getdi həmin marşrut üzrə, amma məhz həmin gün getmədi. Mən piyada getdim mitinqə, amma insanlar məcbur deyil ki, 3-5 km yolu piyada getsinlər mitinqə. Onlara şərait yaradılmalıdır.

- AZƏRBAYCANDA KORRUPSİYA VARMI?

Hacıbəy Heydərli:

- Azərbaycanda korrupsiya var ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də var.

Ziya Bayramov:

- Azərbaycan başdan-ayağa korrupsiyadır.

Hacıbəy Heydərli:

- Başdan-ayağa deyil.

Ziya Bayramov:

- Məncə, Azərbaycanda korrupsiya ictimai haldadır.

- NEFT GƏLİRLƏRİNİN XALQA BİR FAYDASI VARMI?

Hacıbəy Heydərli:

- Əlbəttə var ki, biz yaşayırıq. Bəzi sahələrdə maaş azdı, amma neft pulları olmasa... Ermənistana baxaq. Oranın vəziyyətinə baxaq. Məsələn, Ermənistanda Mc-Donlads yoxdur. Amma Azərbaycanda az qala regionlarda Mc-Donlads açmaq istəyirlər.

Ziya Bayramov:

- Neft gəlirlərinin vətəndaşların yaşayışına bir təsir etməsi ilə bağlı deyilənləri qəbul etmirəm.
XS
SM
MD
LG