Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:12

Qaraçuxurda atışma olub, ərazi polisin nəzarətindədir


Arxiv foto: Bakıda Polis Akademiyası məzunları.
Arxiv foto: Bakıda Polis Akademiyası məzunları.

Hüquq-mühafizə orqanlarının Bakıda keçirdiyi xüsusi əməliyyat başa çatıb.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan 30-a yaxın avtoritet saxlanılıb. Onlar Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində toplantı keçirirmişlər. Saxlanılanların arasında Gürcüstan və Rusiyadan gəlmiş avtoritetlərin də olduğu bildirilir.

***

Hüquq-mühafizə orqanları oktyabrın 18-i axşam saatlarında Bakıda xüsusi əməliyyat keçirib. APA-nın məlumatına görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində əməliyyat nəticəsində cinayətkar qrupun üzvləri zərərsizləşdirilib. Əməliyyat zamanı atışma olub. Qəsəbə polisin nəzarətinə götürülüb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də əlavə açıqlama verilməyib.

Hələlik hadisənin detalları barədə Daxili İşlər Nazirliyindən ətraflı məlumat verilməyib.

"Yeni Musavat" qəzetinin internet saytında verilən məlumata görə atışma qəsəbədəki "Yağmur" şadlıq evində keçirilən mərasim zamanı baş verib.
XS
SM
MD
LG