Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

Dəməqşdə partlayışlar olub, tələfat var


Dəməşqdə Daxili İşlər Nazirliyi və kəşfiyyat idarəsinin qarşısında bomba partlayışları olub. Oktyabrın 18-də törədilən partlayışlarda tələfat olub, amma ölənlərin sayı barədə hələlik rəsmi məlumat verilmir.

Bu gün müxalifət də bildirib ki, hökumət qoşunlarının İdlib və Hələb şəhərlərini bombalaması nəticəsində azı 20 nəfər həlak olub.

Müxalifət həmçinin iddia edir ki, son 19 ayda Suriyada prezident Bashar al-Assadın rejiminin dəyişdirilməsi tələbilə etiraz aksiyaları başlayandan bəri ölkədə 28 000 adam itkin düşüb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Navi Pillay da bu gün bildirib ki, indi Suriyada davam edən münaqişə Bosniyadakı dini zəmində qırğınları xatırladır. Pillay dünya ictimaiyyətini bu ölkədə axan qanı dayandırmaq üçün eyni mövqedən çıxış etməyə çağırıb.
XS
SM
MD
LG