Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

“bp-Azərbaycan” şirkətinin vitse-prezidenti dəyişib


“bp-Azərbaycan” şirkətində quyular üzrə vitse-prezidenti vəzifəsinə Cim Kauinin təyin edilib. Ondan əvvəl həmin vəzifəni tutmuş Qari Kristman bp Qrupunun Quyular üzrə İnstitutuna təyinat alıb.

“bp-Azərbaycan” şirkətindən AzərTAc-a bildiriblər ki, quyular üzrə vitse-prezident regiondakı quyularla bağlı bütün fəaliyyətə cavabdehdir.

Cim Kaui neft sənayesində 32 illik təcrübəyə malikdir. O, qazma və tamamlama əməliyyatları və mühəndisliyi sahəsində ixtisaslaşmaqla rəhbər vəzifələrdə çalışmış, mütəxəssislər arasında nüfuz sahibidir. Onun təcrübəsi yüksəktəzyiqli və yüksəktemperaturlu mürəkkəb layihələri, həm qazma qurğuları vasitəsilə, həm də platformadan qazılan quyuları əhatə edir. C.Kaui Bakıda quyular üzrə 300-dən çox mütəxəssisdən ibarət bir qrupa rəhbərlik edəcək.

Bundan əlavə, Bakıdakı quyular üzrə qrupa 10 yeni mütəxəssis mühəndis də qoşulacaq. Onlar bp-nin dünya üzrə - Alyaska, Şimali Amerika, Şimal dənizi, Anqola və Misirdəki fəaliyyətləri nəticəsində seçiliblər.

Azərbaycan prezidenti Ilham Əliyev keçən həftə "bp-Azərbaycan" şirkətini Azəri-Çıraq-Günəşli yataqlarından neft hasilatının azalmasının qarşısını almaq üçün heç bir tədbir görməməkdə ittiham etmişdi. Prezident həmçinin deyirdi ki, şirkət hasilatın azalmasına cavabdeh şəxslərin dəyişdirilməsi barədə vədlərini də yerinə yetirmir.

İndi bp-Azərbaycan şirkətində kadr dəyişikliyinin konkret İlham Əliyevə verilən vədin yerinə yetirilib-yetirilməməsi olduğu barədə hələlik rəsmi məlumatda qydın qeyd edilmir.

Mütəxəssislər də bildirirdilər ki, hasilatı artırmaq üçün adı çəkilən yataqlarda əlavə quyular qazılmalıdır.
XS
SM
MD
LG