Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

“Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi Venesiya Komissiyasına göndərilib



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 18-də “Media forum” saytına bildirib ki, Mətbuat Şurasının hazırladığı “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib: “Prezident Administrasiyası qanun layihəsini Venesiya Komissiyasına təqdim edib. Hazırda layihə öyrənilir. Onu Venesiya Komissiyası ilə birgə təkrar müzakirə edəcəyik. Bundan sonra isə qanunun qəbul olunması proseduralarına başlanacaq”.

Şöbə müdirinin sözlərinə görə, layihəni Venesiya Komissiyası ilə müzakirə edib işləri əlaqələndirmək Prezident Administrasiyasının məsul şəxslərinə tapşırılıb: “Qanunun qəbulu üçün Venesiya Komissiyası ilə məsləhətləşmələr aparılır. Layihəni Mətbuat Şurası tək deyil, digər jurnalist təşkilatları ilə birgə hazırlayıb. Prosesdə Prezident Administrasiyası da iştirak edib” – deyə Əli Həsənov bildirib.

Bu qanunun qəbul edilməməsinə görə Azərbaycan hökuməti uzun müddətdir ki, tənqidlər altındadır. Rəsmilər isə bildirirlər ki, onsuz da uzun müddətdir Azərbaycanda jurnalistlərin böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb olunmasına moratorium qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG