Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:35

Diffamasiya haqqında qanun layihəsi Venesiya Komissiyasına göndərildi


Əli Həsənov
Əli Həsənov
-
Hakimiyyət diffamasiya qanununun qəbulu istiqamətində addım atıb.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Mediaforum saytına bildirib ki, Mətbuat Şurasının hazırladığı «Diffamasiyadan müdafiə haqqında» qanun layihəsi rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib:

«Prezident Administrasiyası qanun layihəsini Venesiya Komissiyasına təqdim edib. Hazırda layihə öyrənilir. Onu Venesiya Komissiyası ilə birgə təkrar müzakirə edəcəyik. Bundan sonra isə qanunun qəbul olunması proseduralarına başlanacaq».

Əli Həsənov deyir ki, layihəni Venesiya Komissiyası ilə müzakirə edib işləri əlaqələndirmək Prezident Administrasiyasının məsul şəxslərinə tapşırılıb:

«Qanunun qəbulu üçün Venesiya Komissiyası ilə məsləhətləşmələr aparılır. Layihəni Mətbuat Şurası tək deyil, digər jurnalist təşkilatları ilə birgə hazırlayıb. Prosesdə Prezident Administrasiyası da iştirak edib».

«Diffamasiya haqqında» qanun layihəsi jurnalistlərin Cinayət Məcəlləsinin 147 və 148-ci, yəni böhtan və təhqir maddələri üzrə ittiham edilərək həbs olunmasının ləğvini nəzərdə tutur.

Avropa Şurası, ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar Azərbaycana bu qanunun qəbulunu tövsiyə edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG