Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:20
Human Rights Watch təşkilatı Liviya lideri Muammar Gaddafi və yaxınlarının 1 il əvvəlki ölümüylə bağlı tükürpərdici detallar yayımlayıb.

50 səhifəlik “Diktatorun ölümü: Siirtdə qanlı intiqam” adlı hesabatında Human Rights Watch iddia edir ki, Gaddafi, oğlu Mutassim və birlikdə olduqları 60-a yaxın adamları heç də iddia edildiyi kimi, atışmada öldürülməyiblər. Onların hamısı ələ keçirilib, işgəncə verilib, sonra güllələyiblər.

MOBİL TELEFON VİDEOLARI

Təşkilat bu iddiaların hamısı ilə bağlı faktlar topladığını bildirir. Bu faktlar əsasən Gaddafini ələ keçirən Misratalı yaraqlılar tərəfindən telefonla çəkilən videolardır.

Həmin videolarda Gaddafini müşaiyyət edənlərin əsir düşmələri, dindirilmələri və işgəncə görmələri faktları yer alır. Tutulanları sonra yaxınlıqdakı Mahari Hotelə aparıb, orada 66 nəfəri güllələyiblər.

Güllələnənlər arasında 29 yaşlı dəniz piyadası Ahmed Ali Yusuf al-Ghariyani da olub. Tawerghadan olan Ahmedin sifəti videolarda aydın görünür. Ogörüntülərdə onu Tawerghadan, Gaaddafiyə sadiq olan bölgədən olduğu üçün təhqir edirlər, daş atırlar, döyürlər. Sonradan onun meyiti Mahari Hoteli yanında tapılıb və 86 nömrəli kimliyi bilinməyən meyit kimi dəfn edilib.

EDAMLAR HARADA OLUB

Human Rights Watch-dan Peter Bouckaert deyir ki, onların araşdırma komandası Gaddafinin konvoyunun ələ keçirildiyi vaxt, 2011-ci ilin 20 oktyabrında yaxınlıqda olub. Son döyüşdən sonra araşdırmaçılar döyüş yerinə gediblər və orada 100-dən çox meyit görüblər. Əksəriyyəti döyüşdə öldürülənlər olub. Ancaq 2 gün sonra araşdırmaçılar yaxınlıqdakı Mahari Hotelin yanında 53 nəfərin parçalanmış cəsədlərini aşkarlayıblar. Onların əksəriyyətinin əlləri hələ də başların arxasından bağlı olub.
Araşdırmaçılar yaxınlıqda olan yaraqlıları, zabitləri və Gaddafini müşayiət edənlərin arasında sağ qalanları tapıb danışdırıblar. Bundan başqa yaraqlıların mobil telefonları ilə çəkdiyi çoxlu videoları izləyiblər və Siirte xəstəxanasının morqunun qedyləriylə müqayisə ediblər. və tutulanların bir müddət sonra kütləvi edam edildiyi və basdırıldığı qənaətinə gəliblər.

Human Rights Watch-dan Peter Bouckaertin sözlərinə görə, Gaddafinin oğlu Müttasimin də yaralı –yaralı Misrataya aparılması və orda öldürüldüyü aydınlaşır. Bizim aşkarladığımız faktlar Muammar Gaddafinin özünün də Liviyalı rəsmilərin iddia elədiyi kimi, atışmada öldürülmədiyini deməyə əsas verir.”


MUAMMAR GADDAFİNİN ÖLÜMÜ

Hesabatda Muammar Gaddafinin də son saatları haqda faktlar yer alır. Yazılır ki, Qaddafi son döyüşdə qumbara qəlpəsindən yaralanıbmış. Onun cangüdənlərindən birinin atmaq istədiyi qumbara Gaddafinin arxasına düşəndə diktator yaralanıb, yanındakı Müdafiə naziri Abu Bakr Younis isə yerindəcə ölüb.
Ancaq digər videolarda Gaddafinin bu qanaxmadan yox, kürəyinə saplanan bıçaq yarasından daha çox qan itirdiyi görünür. Onu döyüb, daş-qalaq ediblər. və artıq təcili yardım maşınına qoyulanda o cansız olub.



Eyni döyüşdə oğlu Mutəssim də yaralanıb və əsir düşüb. Sonradan opnu Misrataya aparıblar. Misratada isə onun bir otaqda dindirilməsi görüntüləri var. Eyni axşam isə onun meyiti, bu dəfə boğazından vurulmuş halda Misratada nümayiş etdirilib.
Peter Bouckaert deyir ki, araşdırmaları dərinləşdirdikcə görünür ki, öldürülənlərin əksəriyyəti öncə ələ keçirilib, əsir götürülüb və sonradan edam ediliblər.

Bu isə artıq müharibə qanunlarına ziddir və əsirlərin öldürülməsi müharibə cinayəti sayılır. Human Rights Watch faktların araşdırılması üçün dəfələrlə yeni Liviya hökuməti rəsmiləri ilə görüşdüyünü və cinayətlərin araşdırılmasına çalışdıqlarını bildirir.
Peter Bouckaert inanır ki, indi Liviyanın qarşısında duran əsas məsələ də, məhz həmin müxalifətçi yaraqlıların törətdikləri kütləvi edama görə məsuliyyətə cəlb etmək olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG