Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:05

Qız qaçırmanın cəzası 3 ildən 7 ilə qaldırılır


Oktyabrın 18-də Qırğızıstan parlamenti qız qaçırmağa görə cəzanın 3 ildən 7 ilə qaldırılmasını nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib. Sənəd parlamentin daha bir təsdiqi və prezidentin imzasından sonra qüvvəyə minəcək.

Layihənin müəllifləri bildirirlər ki, bununla ölkədə qadınların hüquqlarının daha yaxşı qorunmasına və erkən nikahların azalmasına şərait yaranacaq.

İnsan haqları fəalları bildirirlər ki, hər il ölkədə azı 12 000 yeniyetmə qız qaçırılaraq erkən yaşlarından evlənməyə məcbur edilir. Qaçırılan qızların da yaşları adətən 18-dən aşağı olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG