Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:48

Merkel avrozona ölkələrinin dövlət büdcələrinə daha çox nəzarət tələb edir


Almaniya kansleri Angela Merkel oktyabrın 18-də bildirib ki, Avropa Birliyinin veto hüquqlu üzvləri quruma daxil olan başqa dövlətlərin büdcələrinə daha çox nəzarət etmək hüququna malik olmalıdırlar. Bu barədə Merkel ölkəsinin parlamentində aşağı palatada çıxışı zamanı bildirib.

Almaniya kansleri hesab edir ki, Avropa Birliyinin iqtisadiyyat komissarı üzv ölkələrindən hər hansı birinin dövlət büdcəsini keçərsiz elan etmək hüququna malik olmalıdır.

Birlik ölkələrinin oktyabrın 18-dən başlayan iki günlük sammitində də avro zona ölkələrində borc böhranı və banklar birliyinin yaradılması müzakirə ediləcək.

2009-cu ildə avrozona ölkələrindən ilk dəfə Yunanıstanda borc böhranı alovlanandan bəri Avropa Birliyi ölkələri liderləri 22-ci dəfədir toplaşıb böhranı müzakirə edirlər. Təkcə bu il onlar artıq 4-cü dəfədir eyni mövzunun müzakirəsinə toplaşırlar. Amma diplomatlar budəfəki müzakirələrdən də ciddi nəticələr gözləmədiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG