Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:55
Yunanıstanda son 3 həftədə ikinci dəfədir ki, ümummilli tətildir. Qəzet köşklərının satıcıları, vəkillər, taksi sürücüləri və ən müxtəlif qruplardan olan işçilər tətil edir.

Elə bu gün Brüsseldə Avropa Birliyi iki günlük sammiti başlanıb.
Tətil iştirakçıları sammitə gələn Avropa liderlərinə göstərmək istəyirlər ki, liderlərin təklif etdiyi maaş və pensiya kəsilmələri vəziyyəti yalnız pisləşdirəcək.

Həmkarlar ittifaqlarının məlumatına görə indi işsizlik 25 faizdir. Ancaq bu rəsmi rəqəmdir. Reallıqda işsizlik daha yüksəkdir. İxtisarlarla vəziyyət daha da pisləşəcək. Ölkə tənəzzülə gedəcək.

Hazırda Afina küçələri bomboşdur. Demək olar ki, bütün biznes sahələri öz işini dayandırıb.

24 saatlıq tətili Yunanıstanın iki ən böyük həmkarlar ittifaqı ADEDY və GSEE keçirir.
Onlar Yunanıstanın 2 milyon işçisini birləşdirir.

Yunanıstan öz büdcə xərclərində azı 11,5 milyard avroya qənaət etməlidir ki, “3-lükdən” - Avropa Komissiyası, BVF və Avropa Mərkəzi Bankından 130 milyard avro borcun növbəti hissəsini ala bilsin.

GSEE-in rəhbəri Panagoupolus isə 3-lüyün qoyduğu şərtləri, yeni kəskin ixtisarları absurd adlandırır.
O deyir ki, bu fəlakətli şərtlərə razılaşmaq cəmiyyəti dağıntıya aparmaqdır. Onda küçə nümayişləri davamlı olacaq.

Avropa Birliyinin sammitində isə hər hansı əhəmiyyətli qərarın qəbul olunacağı gözlənilmir.
XS
SM
MD
LG