Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57

Suriya münaqişəsində 28 min adam yoxa çıxıb


Suriyada təxminən 28 min adam yoxa çıxıb. Bu haqda hüquq müdafiəçiləri məlumat yayıb.

“Avaz” hüquq müdafiə təşkilatının məlumatına görə, bu haqda məlumatlar BMT-nin insan haqları təşkilatına göndəriləcək.

Hüquq müdafiəçilərinin sözlərinə görə, onlarda münaqişə dövründə itkin düşmüş 18 min adamın adı var. Daha 10 min adam haqqında məlumat toplanır.

İtkin düşənlər arasında çoxlu dinc sakinlər, o cümlədən qadınlar və uşaqlar da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG