Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:09

Azərbaycanda yerdaxili gərginliyin ölçülməsinə başlanılıb


Azərbaycanda bütün rayonlar üzrə yerdaxili gərginliyin ölçülməsinə başlanılıb.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, ölçmələrə son günlər seysmik aktivliyin yüksək olduğu Balakən rayonundan start verilib. Ərazidə RSXM-nın maqnitometriya şöbəsinin geofizikləri profillər üzrə ölçmələr aparıblar:

«Ölçmələr hər bir rayon üzrə yerdaxili gərginliyin hansı vəziyyətdə olması ilə bağlı dəqiq məlumat əldə etməyə imkan verəcək. Ölçmələr bu gün Zaqatala rayonu ərazisində aparılacaq və Abşerona qədər hər bir rayon üzrə davam etdiriləcək. Daha sonra isə ölçmələr Azərbaycanın cənub rayonlarında aparılacaq».

Q. Yetirmişli deyib ki, Balakəndə seysmik gərginlik davam etməkdədir. Oktyabrın 14-dən bu günə qədər zəlzələ ocağında 78 təkan qeydə alınıb.
XS
SM
MD
LG