Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:06

Bir neçə qəzetin kollektivi «Qasid» qarşısında aksiya keçirib


Bir neçə qəzetin kollektivi «Qasid» qarşısında aksiya keçirib
Bir neçə qəzetin kollektivi «Qasid» qarşısında aksiya keçirib
-

MİRKAZIM KAZIMOV: «İLİN SONUNADƏK PUL ÖDƏNƏCƏK»

Oktyabrın 18-də bir neçə qəzetin kollektivi «Qasid» mətbuatyayımı firması qarşısında aksiya keçirib. Jurnalistlər «Qasid» firmasından satılan qəzetlərin pulunu tələb edirlər.

Aksiyaçıların tələblərini «Qasid»in rəhbəri Mirkazım Kazımov özü dinləyib.

«Azadlıq» qəzetinin redaktoru Rahim Hacılı bildirib ki, son 5-6 ayda «Qasid» onların pulunu ödəmir deyə nəşriyyata da borcları yığılıb.

«Nəşriyyatın nəyinə lazımdır ki, mənim qəzetimin nə qədər işçisi var, onların maaşı var, o pulunu istəyir. Siz də bizim pulumuzu verin, Kazım müəllim».

Mirkazım Kazımov sual edib: «Sizə deyilibmi pullarınız ödənilməyəcək? Sadəcə, bizdə iqtisadi böhrandır».

Rauf Arifoğlu
Rauf Arifoğlu
«Yeni Müsavat» qəzetinin redaktoru Rauf Arifoğlu isə bildirib ki, «Qasid» satılan qəzetlərdən 30-40 faiz gəlir götürür. «Firma pulunu, faizini götürür, amma 6 aydır bizim pulumuzu vermir. Biz tələb edirik ki, gələn həftədən pullarımız ödənilsin».

Mirkazım Kazımov deyib ki, ilin sonuna qədər pullar ödəniləcək və əvvəlki qaydada əməkdaşlıq davam edəcək.

Bundan sonra aksiya iştirakçıları dağılışıblar.



JURNALİSTLƏR AKSİYA KEÇİRİB

Oktyabrın 18-də bir neçə qəzetin kollektivi «Qasid» mətbuatyayımı firması qarşısında aksiya keçirib. Jurnalistlər «Qasid» firmasından satılan qəzetlərin pullarını tələb ediblər.

Belə ki, «Azadlıq» qəzeti sözügedən firmanın ona 30 min manatdan çox borcu olduğunu iddia edir. Qəzet bildirir k, bir neçə dəfə firmadan satılmış qəzetlərin pulunu tələb etsələr də onlara pul verilməyib. Satış pullarını ala bilməyən qəzetlərə isə «Azərbaycan» nəşriyyatından çaplarının dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib. Sentyabrın 3-də «Azadlıq» qəzetinə edilən xəbərdarlıqda qəzetin çap və kommunal xərclərə görə 35 min manat borcunun olduğu xatırladılıb və tez bir zamanda ödənilməsi istənilib.

Bundan başqa «Yeni Müsavat» qəzeti də «Qasid»in onlara 10 min manatdan çox borclu olduğunu deyir. Bu səbəbdən də «Yeni Müsavat»ın nəşriyyata 8600 manat çap xərci borcu var.

​«Qasid» rəhbərliyi isə qəzetlərin pulunun ödəniləcəyini bildirsə də, qeyd edir ki, onların da xeyli dövlət müəssisəsindən alacaqları var. «Qasid» rəhbəri, millət vəkili Mirkazım Kazımov AzadlıqRadiosuna dövlət müəssisələrinin də onlara 5 mindən - 20 min manata qədər borcu olduğunu bildirib.

Digər tərəfdən firma rəhbərliyi qəzetlərin borclarını verə bilməməsini onlara məxsus 320 köşkdən 100-dən çoxunun yeni köşklərlə əvəzlənməsi ilə əlaqələndirir. Həmin köşklərin isə «Qasid» firmasından qəzet götürmədiyi deyilir.
XS
SM
MD
LG