Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:26

Udaltsov piket keçirəcək


“Sol cəbhə” hərəkatının kordinatoru Sergey Udaltsov bu gün Moskvada, Rusiya İstintaq Komitəsinin binası qarşısında biradamlıq piket keçirməyi planlaşdırır.
Məqsəd onunla birlikdə saxlanan Konstantin Lebedevə dəstək verməkdir. Lebedev dünən Rusiyada kütləvi qarışıqlıq ittihamı ilə saxlanıb.

Dünən Sergey Udaltsov da saxlanılıb. Ancaq o axşam buraxılıb.
Udaltsov Rusiyada qarışıqlıq yaratmaq üçün xarici gizli xidmətlərdən dəstək alma iddiaları ilə istintaqa cəlb edilib. O ittihamları rədd edib. Bildirib ki, onun nə Gürcüstan, nə də hər hansı bir Qərb xüsusi xidmət orqanları ilə əlaqəsi olmayıb.

İstintaq Udaltsovun Moskvadan kənara çıxmasına qadağa qoyub.
Bir neçə gün əvvəl Rusiya telekanallarından birində Sergey Udaltsovun gürcü siyasətçiləri ilə keçirdiyi görüşlərə aid gizli kamera görüntüləri yayımlanıb.

Rusiya müxalifətçiləri ittihamları repressiya adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG