Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:26

Brahimi Assadi atəşkəs rejimi elan etməyə çağırıb


Lakhdar Brahimi
Lakhdar Brahimi
BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi Suriya hökumətini müvəqqəti atəşkəs rejimi tətbiq etməyə çağırıb.

Livanın baş naziri Najib Mikati ilə görüşdən sonra Brahimi Suriya prezidenti Bashar Assad-i oktyabrın 25-də başlayacaq Qurban bayramı günlərində atəşkəs elan etməyə çağırıb.

Brahimi deyib ki, hökumət atəşkəsə əməl edərsə, müxalifət də bununla razı olacağını bildirib:

«Müxalifətdən kiminlə görüşüb danışdıqsa, dedilər ki, hökumət zorakılıqlardan əl çəkərsə, biz də eyni cavabı verəcəyik».

Brahimi xəbərdar edib ki, Suriyada böhran davam edərsə, bu qonşu ölkələr və bütün region üçün təhlükəli olacaq.

Suriya hökumətinin sözçüsü Jihad el Makdisi bildirib ki, hökumət ölkədəki böhranın sona çatması üçün addım atmağa hazırdır.

Bu arada Suriyada çəkildiyi bildirilən bir videoda havada partlayan vertolyotun görüntüləri yayımlanıb. Görüntülərin həqiqi olub-olmadığı müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Üsyançılar isə Əl-Cəzirə telekanalına İdlibdə Suriya hərbi vertolyotunu vurduqlarını bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG