Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:14

«YAP-dan birdəfəlik imtina edirəm»


Mətbuat icmalı
Mətbuat icmalı
-

REFERENDUM HAZIRLIĞI

«Bizim yol» hakimiyyətlə bağlı məxfi ssenarilərin üzə çıxdığını yazır. Qəzet həmin məxfi planın referenduma hazırlıqla bağlı olduğunu iddia edir.

Qəzet hakimiyyətin gələn ilin ortalarından parlamentli respublikaya keçidlə bağlı qərar qəbul edəcəyini yazır. Yazıda bu addımın 2013-cü il prezident seçkilərindən dərhal sonra baş verəcəyi qeyd edilir.

ƏLAVƏ BAŞAĞRISIDIR SEÇKİLƏR...

«Azadlıq» hakimiyyətin Bakıda mer seçkiləri keçirməməsi səbəblərindən yazır. Və ilk olaraq da belə bir səbəb gətirir:

«Hökumət üçün Bakıda seçkili hakimiyyət yaratmaq əlavə başağrısı deməkdir».

PARTİYALARA AYRILAN VƏSAİT ARTACAQ

«Siyasi partiyaların maliyyələşməsi üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait son hədd deyil». «Yeni Azərbaycan» qəzeti bu fikirlərin Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova məxsus olduğunu yazır. «Gələcəkdə yəqin ki, bu sahədə təmərküzləşmə gedəcək, partiyalar arasında birləşmə halları olacaq və deputatların sayı artdıqca, dövlət büdcəsindən alınan payın miqdarı da artacaq».

YAP-DAN BİRDƏFƏLİK İMTİNA EDİRƏM...

«Yeni Müsavat» qəzeti Gülər Əhmədovaya görə YAP-dan çıxdığını bəyan edən orta məktəb müəlliminin məktubunu dərc edib. «Gülər Əhmədova əhvalatı məni çox məyus etdi. Belə bir qadının belə bir vəziyyətə düşməsi doğurdan da acınacaqlıdır. YAP yaranandan YAP-ın üzvüyəm. 40 ilə yaxındır öz işimin, öz sənətimin vurğunu kimi şagirdlərimin uğuruna sevinə-sevinə illəri yola verirəm. Belə ədalətsizlik, laqeydlik, biganəlik, haqsızlıqların YAP daxilində baş verməsi dəhşətli və dözülməzdir. O baxımdan da mən YAP-dan birdəfəlik imtina edirəm».

NAZİRLƏRİN GÖRÜŞÜ PARİSDƏ OLA BİLƏR

«Exo» qəzeti yazır ki, ATƏT Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü hazırlayır. Hazırda müzakirələrin getdiyini yazan qəzet növbəti görüşün Paris və digər şəhərdə baş tuta biləcəyini yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG