Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:31

Brahimi Assadi atəşkəs rejimi elan etməyə çağırıb


BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi Suriya hökumətini müvəqqəti atəşkəs rejimi tətbiq etməyə çağırıb.

Livanın baş naziri Necib Mikati ilə görüşdən sonra Brahimi Suriya prezidenti Bashar Assadi oktyabrın 25-də başlayacaq Qurban bayramı günlərində atəşkəs elan etməyə çağırıb.
Brahimi deyib ki, hökumət atəşkəsə əməl edərsə, müxalifət də bununla razı olacağını bildirib: “Müxalifətdən kiminlə görüşüb danışdıqsa, dedilər ki, hökumət zorakılıqlardan əl çəkərsə, biz də eyni cavabı verəcəyik”.

Brahimi xəbərdar edib ki, Suriyada böhran davam edərsə, bu qonşu ölkələr və bütün region üçün təhlükəli olacaq.

Suriya hökumətinin sözçüsü Jihad el Makdisi bildirib ki, hökumət ölkədəki böhranın sona çatması üçün addım atmağa hazırdır.

Bu arada Suriyada çəkildiyi bildirilən bir videoda havada partlayan helikopterin görüntüləri yayımlanıb. Görüntülərin həqiqi olub-olmadığı müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Üsyançılar isə Əl-Cəzirə telekanalına İdlibdə Suriya hərbi helikopterini vurduqlarını bildiriblər.
XS
SM
MD
LG