Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:51

"Ayağı topa dəyən kimi azarkeşlər meymun səsi çıxarırdı”


Britaniya hökuməti UEFA-nı Serbiyaya qarşı sərt tədbir görməyə çağırıb.

Baş nazirin sözçüsü bildirib ki, “baş nazir David Cameron televiziyada görüntülərdən dəhşətə gəlib”.

21 yaşlılar arasında Avropa Futbol birinciliyinin Serbiyada keçirilən seçmə oyununda İngiltərə yığmasının oyunçusu Danny Rose oyundan qabaq, oyun vaxtı və oyundan sonra irqçi təhqirlərə məruz qalıb və onu daşa basıblar.

Rose deyir ki, oyuna hazırlıq məşqi gedəndə “onu ələ salaraq meymun səsləri çıxarırdılar, oyun vaxtı ona atılan daş başına dəyib". Onun "hər dəfə ayağı topa dəyəndə azarkeşlər meymun səsi çıxarırdı”.

Bu səslər oyun qurtaranda da İngiltərə yığmasının oyunçuları və rəsmilərini müşayət edib.

Rose Serbiyanın bütün beynəlxalq futbol yarışlarından çıxarılmasını tələb edib.

O deyib: “Onlara yarışmaq qadağan olunmalıdır. Mən bilmirəm onlara başqa necə başa salmaq olar”.

Baş nazirin sözçüsü isə deyib ki, “biz beynəlxalq aləmdən irqçiliyin kökünü kəsmək əzmindəyik”.

Britaniyanın idman naziri Robertson UEFA prezidenti Platinyə məktub yazıb və bu insidentin araşdırılmasına çağırıb.

Azarkeşlərinin irqçi davranışına görə Serbiya 2007-ci ildə 26 min dollar cərimə olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG