Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:26

Peyvənd zamanı 4 şagirdin halı pisləşib


Peyvənddən sonra 4 nəfərinin səhhətində problem yaranıb

Peyvənddən sonra 4 nəfərinin səhhətində problem yaranıb

Bakı məktəbində aparılan peyvənd zamanı 4 nəfərin halı pisləşib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Oktyabrın 17-də paytaxtın Xətai rayonunun 245 saylı orta məktəbində 9-cu sinif şagirdlərinə mantu sınağı qoyulub. Onlardan 4 nəfərinin səhhətində problemlər yaranıb.

6 saylı xəstəxananın baş həkimi Rumiyyə Sultanova AzadlıqRadiosuna bildirib ki, şagirdlərin səhhətinin pisləşməsinə səbəb peyvənd öncəsi yemək yeməmələri olub: «Mantunun keyfiyyətində heç bir problem yoxdur. Sadəcə, peyvənd qəbulu zamanı uşaqların ac olması onların səhhətinə təsir edib. 4 nəfər gətirmişdilər, ilkin tibbi yardımdan sonra 3-ü evə buraxılıb. 1-i isə hələ həkim nəzarəti altındadır».

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova isə APA-ya bildiirib ki, 245 saylı məktəbdə peyvənd olunan 9-10-cu sinif şagirdlərindən 7 nəfərə də yerində yardım edilib.

Mantu sınağını Xətai rayonundakı 4 saylı uşaq poliklinikası aparıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG