Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04

Hərbi bazanın yaxınlığında partlayış törədilib


Əfqanıstanın Paktiya əyalətində hərbi bazanın yaxınlığında baş verən partlayış nəticəsində onlarla adam yaralanıb. Ölənlərin sayı dəqiqləşdirilir.

Əfqanıstanın Müdafiə Nazirliyi 11 hərbçinin öldüyünü bildirib. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, 45 əfqan hərbçisi və 8 dinc sakin yaralanıb. NATO komandanlığından bildiriblər ki, ölənlər arasında əcnəbi hərbçilər yoxdur.

Partlayışa görə məsuliyyəti Taliban üstünə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG