Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12
-

Gənc yazar Sahilə İbrahimovanın ikinci kitabı işıq üzü görüb. “Qanun” nəşrlər evində çap olunan kitab “Yuxarı və aşağı ətraflar” adlanır.

Sahilə İbrahimova “Oxu zalı”na bildirib ki, kitaba daxil olan əsərlərdən biri - “Məhv edilmiş xilaskarlar” Əfqanıstana göndərilmiş Sovet casusunun həyatından bəhs edir. Əsgər adlı casus döyüşlərin birində ağır yaralanır. Ərini ölümün caynağından qoparıb almaq onun həyat yoldaşı üçün əsl ölüm-dirim mübarizəsinə çevrilir. Əri ölərsə, dünyanın ən yaxşı insanlarından birini, qəhrəmanını itirəcəyini düşünür qadın...

“Yuxarı və aşağı ətraflar” adlı qısa romanda təsadüfən 3 kasıb və 3 varlı dost üz-üzə gəlir. Yeni evlilər - varlı oğlan Sahiblə kasıb qız Xanzadə mənzillərində ölü tapılanda sual sual üstünə gəlir. Xanzadənin uşaqlıq dostları Zeyni və Gün əsər boyu ölümlərin səbəblərini tapmağa çalışırlar. Nə baş verib - təsadüfi qaz zəhərlənməsi, intihar, yoxsa qəsdən adamöldürmə?

P. S: Kitabın imza günü oktyabrın 20-də "Park Bulvar"dakı "Əli və Nino" kitab mağazasının qarşısında keçiriləcək. Maraqlananlar dəvətlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG