Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:34

-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 17 iyul 2012. sayı: 132 (20.537)


KARTOF ƏKİNİ SAHƏLƏRİNDƏ BOL MƏHSUL YETİŞDİRİLİB

Ordubad rayonunun iqtisadiyyatında kartofçuluq önəmli yer tutur. Bu sahədə zəngin təcrübə qazanan bölgənin torpaq mülkiyyətçiləri daxili bazarın tələbatına töhfələrini vermək üçün səy və bacarıqlarını əsirgəmir, hər il uğurlu göstəricilərə nail olurlar. Cari ildə torpaq mülkiyyətçiləri 1572 hektar sahəni kartof əkini üçün ayırıblar. əkin zamanı yüksək məhsuldarlığa malik olan sortlardan istifadə olunub. Bir neçə torpaq mülkiyyətçisi dövlətdən kredit götürüb. Əkin sahələrinə aqrotexniki qaydalar əsasında qulluq göstərilib.

Ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri vaxtlı – vaxtında həyata keçirilib. Erkən yazdan kənd adamlarının çəkdikləri zəhmət hədər getməyib. Sahələrdə bol məhsul yetişdirilib. Rayon İcra Hakimiyyətindən aldığımız operativ məlumata görə, bu günədək 2716 ton məhsul götürülüb. Məhsul tədarükü davam edir...

ZƏMİLƏRDƏN GƏLƏN NƏĞMƏ SƏSİ

Göz işlədikcə uzanıb gedən zəmilərdə sarı kəhrəbanı «dəmir barmaqları» ilə sünbüldən ayıraraq maşınlara yükləyən kombaynların aramsız və ahəngdar səsi qulaqlarımda əmək mahnısı kimi səslənir.

...Sahibkar dayandı, mənə gün kimi aydın idi ki, demək istədiyi çox sözü var. Amma, elə bil ki, sahələrə, zəminin lap uzaqlarına zillənən gözləri «hər şey göz önündədir, çəkilən zəhmət də, onun nəticəsi də, sadəcə olaraq, bunları kənar gözlə görməyi bacarmaq lazımdır» – deyirdi.

Aqronom Abbas Məmmədov Arif Cəfərovun sözlərini tamamlayırmış kimi tələsik sözə başladı: - Bu il rayonumuzda ümumi taxıl əkin sahəsi 10 min 19 hektar olub. Bunun 7785 hektarı buğda, 2234 hektarı isə arpadır. Bilirsinizmi, taxılın əkilmə, suvarılma işlərini vaxtlı – vaxtında həyata keçirmək vacib olduğu kimi, onun biçinini də gecikdirmək olmaz. Çünki məhsul itkisi baş verə bilər. Sevindirici haldır ki, bu il taxıl biçinində Babək rayonu muxtar respublika üzrə ön sıralardadır. Bu günə qədər 5060 hektar sahənin məhsulu tədarük olunub. Bunun 3180 hektarını buğda, 1880 hektarını isə arpa təşkil edir...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Sədərək lavaşının dadı
- Kənd turizmi: sərfəli istirahətin sakit guşəsi
- Yollar təmir edilir

Şərhləri göstər

XS
SM
MD
LG