Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, ilk azərbaycanlı qadın teatr rejissoru Ulduz Əliyeva - Rəfilinin anadan olmasının 90 illik yubileyi qeyd edilib.

Xəbəri teatrın mətbuat xidməti AzadlıqRadiosuna verib.

Tədbirdə vaxtilə Ulduz Əliyeva-Rəfilinin Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi «Kiçik faciələr» (A.S.Puşkin) «Şirinbala bal yığır» (S.Qədirzadə), «Mənim nəğməkar bibim» (Ə.Əylisli), «Qaraca qız» (S.Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilib.

Ulduz Əliyeva – Rəfili 15 dekabr 1922-ci ildə Gəncədə anadan olub.

1951-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun «rejissorluq» fakültəsini bitirib.

1952-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor işləməyə başlayıb, teatrın baş rejissoru olub.

O, 50-dən artıq tamaşaya «İkinci ailə» (1954), «Ayrılan yollar» (1957), «Durna qatarı» (1958), V. Hüqo «Qavroş» (1959), «Ümid nəğməsi» (1959), «Hünər» (1963), S. Qədirzadə «Şirin bala bal yığır» (1965), «Xoruz» (1965), X. Əlibəyli «Dovşanın ad günü» (1966), C. Məmmədov «Dan ulduzu» (1967), K.Haldoni «İki ağanın bir nökəri» (1968), M.Təhmasib «Rübailər aləmində» (1968), Anar «Keçən ilin son gecəsi» (1968), S. Sani Axundov «Qaraca qız» (1971), X. Əlibəyli «Aycan» (1973), Ə. Əylisli «Mənim nəğməkar bibim» (1975) və s. maraqlı quruluşlar verib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG