Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:22

Nəqliyyat Nazirliyi avtobus sərnişinlərinə müraciət edib


Nəqliyyat Nazirliyi Bakıda fəaliyyət göstərən marşrut avtobuslarında yeniliklərin tətbiqinə başlayıb.

Lent.az-ın məlumatına görə, bir neçə gündür ki, avtobuslarda sərnişinlərə ünvanlanmış bildiriş lövhələri yapışdırılıb. Lövhələrdə «Bakı Sərnişin Nəqliyyat» MMC-nin adından sərnişinlərə müraciət edilir. Bildirilir ki, Bakı sakinləri avtobuslarla bağlı rastlaşdıqları problemlərin həll edilməsində MMC-yə kömək etməlidir və insanlar şikayət və müraciətlərini «qaynar xətt» nömrələrinə (012 561 76 28-29) çatdıra bilər.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Yeganə Zeynalova Lent.az-a bildirib ki, sərnişinlər problemlərlə bağlı biganə qalmamalıdır və rastlaşdıqları qayda pozuntularını dərhal aidiyyatı üzrə çatdıra bilərlər: «Belə yeniliklər hələ çox olacaq. İstəyirik ki, sərnişindaşımada keyfiyyəti artıraq».

Son aylarda Bakıda sərnişin avtobuslarının iştirakı ilə xeyli yol-nəqliyyat hadisəsi baş verib. Avtobuslarla sərnişindaşıma ilə bağlı vaxtaşırı reydlər keçirilir, bu istiqamətdə ictimai müzakirələr aparılır.
XS
SM
MD
LG