Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:32

Vəfa Qulzadə: «Azərbaycanla BP ortaq məxrəcə gəlməlidir»


Mətbuat icmalı
Mətbuat icmalı
-

«Azadlıq» qəzeti 17 oktyabr tarixli sayında politoloq Vəfa Quluzadə ilə «ABŞ-ın regiondakı maraqları burada ciddi dəyişikliklərə gətirib çıxaracaq» adlı müsahibə dərc edib. Vəfa Quluzadə BP şirkətinə ünvanlanmış rəsmi ittihamlarından sonra Qərb mətbuatında yazılanlarla bağlı bildirib: «Bu mesajları Neft Şirkəti qiymətləndirməli və düzgün mövqe tutmalıdır. Azərbaycana BP ilə hər hansı qarşıdurma xeyir verən deyil. BP dünyanın ən böyük şirkətidir. Azərbaycanla BP ortaq məxrəcə gəlməlidir. Nə Azərbaycan məsələni tam aydınlaşdırmamış BP-yə qarşı ittihamlar irəli sürməlidir, nə də BP mesajlar verməlidir. Bu məsələ olduqca qəlizdir və keçmişə qayıdaraq konsorsiumun imzalanmasına, o zaman qoyulan şərtlərə geri qayıdır. Bizi Rusiyanın təsiri ilə BP ilə əlaqələri korlamaqda suçlayırlar».

«MƏN BU XƏRCLƏRDƏN QAÇIRAM»

«Yeni Müsavat» qəzeti keçmiş deputat Nazim Məmmədovla «Qalstuksuz» müsahibə dərc edib. Parlamentdə hakim partiyanı təmsil etmiş Nazim Məmmədov deyir ki, parlamentdə sakit dursaydı, indi də deputat idi: «Çıxış edirdim qanunlarla bağlı. İradlarımı bildirirdim. Deyirdim, ayrı-ayrı məmurlar öz şirkətlərinə imtiyaz tanınması üçün bu qanunu hazırlayır. «Bir iqtisadçı olaraq ailənizin büdcəsini necə tənzimləyirsiniz?» sualına onun cavabı belə olub: «Vətəndaşlarımız ən çox qeyri-qanuni xərclərə pul sərf edir. Uşağın məktəbindəki pul yığımları, qanunsuz səhiyyə xərcləri, rüşvətxor məmurlara ödəmələr... Bunlar olmasa vətəndaş aldığı orta aylıq əməkhaqqı ilə ərzaq və gündəlik tələbat xərclərini ödəyə bilər. Ayda 1000 manat qazanan insan onun əksəriyyətini rüşvətxorlara yem olaraq xərcləyir. Mən bu xərclərdən qaçıram. Bizim də ailə olaraq sıxıntılarımız, xoş günlərimiz, pis günlərimiz var. Məncə, əsas çox qazanmaq deyil, onun necə xərclənməsidir. Ailədə bu məsələyə xanımımız baxır. Bu məsələdə ona minnətdaram. Özümüzə qalanda isə dəbdəbəli həyat sürməmişik. Amma istirahətə, uşaqların təlim-tərbiyəsinə pul xərcləyirik».

«QIŞ AZUQƏSİ»NİN SINDIRDIĞI BAŞ...»

«Yeni Azərbaycan» qəzeti «Qış azuqəsi»nin sındırdığı baş...» sərlövhəli köşə yazısı dərc edib. Müəllif Pərviz Sadayoğlu yazır: «Bəziləri üçün «yay tətili» qurtaran kimi «qış azuqəsi»nin yığılması prosesi başlanıb. Bu yöndə yeni planlar quran, fil düzəltmək üçün küçələrə düşüb qarışqa axtaran radikal müxalifət baş sındırmaqla məşğuldur. Sındırmaq demişkən, sədrlərindən «gedin baş sındırın, görək neynirik» sözünü eşidən kimi bir-birinə baxıb canını oda yaxmaqda məhşuri-cahan olan AXCP və «Müsavat»dan 2 nəfər sən demə başını divara vurub partladıb. İndi də «bunu hakimiyyətin ayağına necə yazaq» istiqamətində mühüm işlər aparılır... Son video olayını hərləyib-fırlayıb öz siyasi mənafeyinə biçib-tikməyə çalışan radikal düşərgə yenə də küçəyə çıxıb qışqırmaq, özünü yerə-yurda sürtmək istəyini bəyan edib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG