Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:20

İran yeni sanksiyaları "qeyri-insani" sayır


Avropa Birliyinin yeni sanksiyaları İranı nüvə proqramını dayandırmağa və Qərblə nüvə danışıqlarını bərpa etməyə zorlaya bilməz. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast oktyabrın 16-a belə deyib.

Mehmanpərəst sanksiyaları qanunsuz, məntiqsiz, qeyri-insani adlandırıb.

Bazar ertəsi Avropa Birliyi İrandan təbii qaz idxalına və bir sıra ticarət və maliyyə sövdələşmələrinə qadağa qoyub.

Daha öncə isə ABŞ və Avropa Birliyi nüvə proqramını dayandırmadığı üçün İrandan neft idxalını dayandırmaq kimi bir sıra başqa sanksiyalar da qəbul etmişdi.

Qərb İranın nüvə proqramının hərbi məqsədli olduğunu iddia edir, İran isə iddiaları qəbul etmir.
XS
SM
MD
LG