Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:33
-

Gülnaz İsfəndiyari


Mübahisəli nüvə proqramına görə Irana tətbiq edilmiş beynəlxalq sanksiyalar hakim rejimi zəiflətməklə yanaşı adi insanların da həyatını çətinləşdirir.

Bu, dərmanların qiymətinə də ciddi təsir edir.

Ağır xəstəliklərdən əziyyət çəkən iranlılar üçün bir sıra dərmanları tapmaq, yaxud onları almaq üçün pul tapmaq getdikcə çətinləşir.

İran mətbuatının yazdığına görə, ölkədə xərçəng, ürək-damar, tənəffüs xəstəlikləri, hemofiliya, skleroz və s. xəstəliklərin müalicəsi üçün lazım olan dərmanların qıtlığı yaranıb.

Məsələn, “Tejaratnews” yazır ki, İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyalara görə,

50-cən dərmanı idxal etmək müşkülə dönüb

Buraya bir neçə növ antibiotik, hamiləliyin qarşısının alınması üçün dərmanların azı 2 növü də daxildir.

Hətta ölkə daxilində istehsal edilən 40-can dərmanı da tapmaq çətinləşib. Məlumatlara görə, xərçəng və şəkər xəstələri belə dərmanları lazım olandan qat-qat artıq alırlar. Onlar ehtiyat edirlər ki, sanksiyalar sərtləşdiyi üçün bir müddət sonra həmin dərmanları da tapmaq problemə çevriləcək. Həmin dərmanların davamlı qəbulu onlar üçün ölüm-dirim məsələsi olduğu üçün əvvəlcədən özləri üçün ehtiyat yaradırlar.

Bu səbəbdən də apteklər ağır xəstəliklərin müalicəsi üçün lazım olan dərmanları talonla Iranda xəstəxana

Iranda xəstəxana

satmağa başlayıblar.

Bir aptekçi Azadlıq Radiosuna bildirib ki, əksər dərmanlar bahalaşıb:

“Adətən dərmanlar il ərzində 1, yaxud 2 dəfə bahalaşırdı. Amma bu il belə bahalaşmanı 5-6 dəfə müşahidə etmişik. Bunu az qala bütün dərmanlar haqda demək olar.

Bəzi dərmanların qiyməti hətta 60 faiz qalxıb”

Bir müddət əvvəl İranın Hemofiliya Təşkilatı BMT-yə müracət edərək sanksiyaların bir çox xəstələrin həyatı üçün təhlükə yaratdığını bildirmişdi.

İranda çap edilən gündəlik “Şərq” qəzeti isə dərman qiymətlərinin bahalaşmasını həm də milli valyutanın sanksiyalara görə qiymətdən düşməsi ilə bağlayır.

Xərçəng İranda 3-cü ən təhlükəli xəstəlikdir. İran mediasına görə, hər il bu xəstəliyə 70-100 min adam tutulur.

Bu yaxınlarda bir xərçəng xəstəsi BBC televiziyasının İran xidmətinə demişdi ki, əvvəllər kimya terapiyasından sonra vurulmalı iynənin qiyməti 2 milyon rial idisə indi 50 milyon rialdır:

“Mən ailəmi belə xərcə salmaqdansa ölməyi üstün tutaram”

“Fararu” saytı isə yazır ki, sanksiyalar Iranın səhiyyə sistemini tamamilə iflic edə bilər.

Qərb ölkələri İranın gizli şəkildə atom bombası düzəltməsindən şübhələnirlər. İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

İndiyəcən BMT İrana 3 dəfə sanksiya qoyub. Bundan başqa ABŞ və Avropa Birliyi də fərdi şəkildə İrana qarşı sanksiyaları sərtləşdirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG