Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Şeyxülislam İran prezidenti ilə görüşüb


-
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran Prezidenti Mahmoud Ahmadinejad-la görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatında bildirilir ki, oktyabrın 15-də keçirilən görüşdə Azərbaycanla İran arasında tarixi mənəvi əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Ünsiyyətin daha da dərinləşdirilməsinin vacibliyi önə çəkilib.

Şeyxülislam bildirib ki, iki dövlət arasında dini-mənəvi sahədə də əlaqələrin yüksək səviyyəsinin bərqərar edilməsi olduqca mühümdür. Bu, xalqların rifah və səadətinə xidmət edir.

Şeyxülislam İran prezidentini, ali dini lider Ayatollah Ali Khamenei-ni, İran xalqını qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edib.

Prezident Mahmoud Ahmadinejad şeyxülislamı İrana səfərə dəvət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG