Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06

İvanishvilinin Gürcüstan vətəndaşlığı bərpa edildi


Parlament seçkilərində qalib gələn Gürcü arzusu hərəkatının lideri Bidzina İvanishvilinin Gürcüstahn vətəndaşlığı bərpa edilib. Prezident Mikheil Saakashvilinin sözçüsü Manana Mandzhgaladze deyib ki, artıq bununla bağlı sərəncam verilib.

İvanishvili ötən ilin sonunda Fransa vətəndaşlığı olduğu üçün Gürcüstan vətəndaşlığından məhrum edilmişdi. O zaman İvanishvili fransız vətəndaşlığından imtina eləsə də, Gürcüstan vətəndaşlığına bərpa edilməmişdi. Faktla bağlı o məhkəməyə müraciət eləsə də, vətəndaşlığın bərpası haqda qərar çıxmamışdı.

İndi isə prezident Saakashvili səlahiyyətlərindən istifadə edərək parlament seçkilərində uduzduğu İvanishvilinin vətəndaşlığını bərpa etmək qərarı verir. İvanishvili Gürcüstanın növbəti Baş naziri vəzifəsinə namizəddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG