Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:01

Gürcüstan jurnalistləri canlı efirdə etiraz aksiyası keçirirlər


PIK kanalının studiyası
PIK kanalının studiyası
Oktyabrın 16-a keçən gecə Gürcüstanın PİK telekanalını izləyənlər qeyri-adi mənzərənin şahidi

PİK kanalının "sükut etiraz"


PİK kanalının "sükut etiraz"
oldular. Xəbər buraxılışının müxbirləri hadisə yerindən reportaj vermək əvəzinə kamera qarşısında dayanıb sadəcə susurdular. Xəbər proqramının aparıcıları, izahat verərək bildirdilər ki, bu yolla jurnalistlər TV kanalın bağlanması planlarına etiraz edirlər.

PİK TV kanalının internet saytında bildirilir ki, aksiyadan sonra kanal rəhbərliyi işçiləri sakitləşdirib və bildirib ki, rastlaşdığı maliyyə problemlərini həll edərək efirdə qalmaq imkanlarını ilin sonuna qədər təmin edib.

Jurnalistlərin “sükut” aksiyası isə belə izah olunur. “Xəbər buraxılışının əsas mövzusunu ona görə “sükut” seçmişdik ki, jurnalistlərin kanalın gələcək taleyi ilə bağlı suala cavabları yox idi. Bilinmirdi ki, oktyabrın 12-dən PİK-in peyk yayımı niyə dayanıb və ümumiyyətlə kanalın bağlanmaq təhükəsi varmı?”

Oktyabrın 16-da PİK rəhbərliyinin kanalın taleyi ilə bağlı xüsusi açıqlanması gözlənilir.

PİK (Первый Информационный Кавказский – Birinci Qafqaz İnformasiya) kanalı 2008-ci il Gürcüstan-Rusiya hərbi münaqişəsindən sonra yaradılıb. Kanalın rus dilində proqramları Tbilisən bütün Gürcüstan ərazisinə yayımlanır, peyk vasitəsilə isə onun verilişlərinə Qafqazada, Rusiyada və Yaxın Şərq ölkələrində baxmaq olur. Bir çoxlarının fikrincə, PİK Rusiya kanallarının Gürcüstana qarşı apardığı informasiya hücumlarına cavab kimi yaradılmışdı. Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bir çox məsələlər kimi, PİK-in gələcək taleyi də gündəmə gəlmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG