Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

3 ali məktəb köçürülür


Azərbaycan İqtisad Universitetinin əsas korpusu da şəhərkənarına köçürülə bilər

Azərbaycan İqtisad Universitetinin əsas korpusu da şəhərkənarına köçürülə bilər

-
«Böyük Bakı»nın 2030-cu ilədək inkişafı planı konsepsiyasına ali məktəblərin paytaxtın mərkəzindən ətraf ərazilərə köçürülməsi məsələsi daxil edilə bilər».

Trend-in məlumatına görə, bu barədə oktyabrın 16-da jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

«Dünyada bir çox üstünlüyü olan tələbə şəhərciklərinin yaradılması praktikası geniş yayılıb. Birincisi, bu, şəhərin mərkəz hissəsində sərnişin axınını azaldacaq və təhsilin səviyyəsinin artmasına səbəb olacaq. Digər tərəfdən, bu, elektrik dəmir yolunun mənfəətini artıracaq.

Hazırda bu nəqliyyat növü dotasiyalar hesabına fəaliyyət göstərir və iqtisadi cəhətdən sərfəli deyil», C. Qocayev deyib.

Onun sözlərinə görə, belə qərar qəbul edilərsə, köçürülmə ilk növbədə şəhərin mərkəzində yerləşən ali məktəblərə şamil ediləcək.

«Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Neft Akademiyası, Azərbaycan İqtisad Universitetinin əsas korpusudur. Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının ştatı böyük olmadığına görə, bu prosesdən kənarda qala bilər», Qocayev vurğulayıb.

Onun sözlərinə görə, əgər mövcud məsələ Təhsil Nazirliyi və digər müvafiq dövlət strukturları ilə razılaşdırılarsa, ali məktəblərin yerləşdirilməsi üçün şəhərin ətrafında azad, məskunlaşılmayan ərazilər müəyyənləşdiriləcək.

«Nazirliklərin və digər dövlət strukturlarının paytaxtın ətrafına və ya digər şəhərlərə köçürülməsi məsələsi siyasi qərardan asılıdır», C. Qocayev deyib.

Şərhləri göstər

XS
SM
MD
LG