Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:48
Bu il avqustun 8-də AzadlıqRadiosunun «Qaynar xətt»inə belə bir zəng gəlmişdi:

«Mənim şikayətim ondan ibarətdir ki, bizi evimizə silah-sursat, dini ədəbiyyat, narkotik atmaqla hədələyirlər. Biz prezidentə, Milli Məclisə, Daxili İşlər Nazirliyinə, Ombudsmana məktublar göndərmişik. Ancaq mənimlə bərabər xəbərdarlıq edilmiş başqa bir adam da var idi ki, onun evindən bu gün narkotik çıxardıblar. Mən də xahiş edirəm ki, evimdən nə qədər ki bir şey çıxartmayıblar, kömək edəsiniz».

Şikayət edən Qusarın Avaran kənd sakini Rahib Pirəliyev idi. Əlaqə saxlamaq üçün qeyd etdiyi telefon nömrələrinə davamlı zəng etsək də, hər ikisi qapalı olduğundan əlaqəmiz alınmamışdı. Ancaq oktyabrın 14-də həyat yoldaşının «Qaynar xətt»ə yazdığı məktubdan yeri bəlli olub. Pirəliyeva yazır ki, ərini avqustun 8-də yaşadığı mənzilə narkotik maddə ataraq həbs ediblər. Yəni, «Qaynar xətt»ə zəng vurmasından az sonra.

KORRUPSİYA HALLARI İLƏ BAĞLI ŞİKAYƏTLƏR YAZIRDILAR

Bizə daxil olan məktubu Rahib Pirəliyevin həyat yoldaşı ilə ondan əvvəl həbs olunmuş həmkəndlisi Şərafəddin Mahmudovun həyat yoldaşı imzalayıb.

Rahib Pirəliyev və Şərafəddin Mahmudovun həyat yoldaşlarının məktubu

Rahib Pirəliyev və Şərafəddin Mahmudovun həyat yoldaşlarının məktubu

«Pirəliyev Rahib Səfərbəy oğlu və Mahmudov Şərafəddin Zeybulla oğlu 2012-ci ilin avqustunda qanunsuz həbs olunublar. Onların evinə narkotik, silah və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat atıblar. Baxmayaraq ki, bizim ərlərimiz inanclı müsəlmanlardır, içki içmirlər, çəkmirlər, uyuşdurucu maddələr istifadə etmirlər və siyasətlə məşğul olmurlar. Yeganə günahları odur ki, məscidə gedirdilər, namaz qılırdılar, saqqal saxlayırdılar, rayondakı korrupsiya halları ilə bağlı şikayətlər yazırdılar. Buna görə də rayonun rəhbərliyi və polis onları təqib edirdi. Qusar rayonundakı korrupsiya barədəki şikayətlərini dayandırmayacaqları halda həbs olunacaqları barədə hədə-qorxu gəlirdilər».

Hər iki şikayətçi yazır ki, Pirəliyev və Mahmudov həbs olunmaqla hədələnmələri, onlara qarşı təxribat hazırlanması barədə prezidentə, baş prokurora, MTN-ə, DİN-ə, Ombudsmana və digər orqanlara məktub göndərsələr də heç nəyə nail ola bilməyiblər. Nəticədə özləri həbs olunublar.

«Saxlandıqları andan bu günə kimi Pirəliyev və Mahmudov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalırlar. Onları tutanda da ailə üzvlərinin gözü qarşısında döyərək təhqir etmişdilər».

İŞGƏNCƏDƏN SÖHBƏT GEDƏ BİLMƏZ

Orxan Mansurzadə

Orxan Mansurzadə

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Rahib Pirəliyev və Şərafəddin Mahmudov barədə hüquq-mühafizə orqanlarına daxil olmuş məlumatların yoxlanılması üçün əməliyyat keçirilib və hər ikisinin yaşadığı mənzildə axtarış aparılarkən yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, silah və qanunsuz əldə olunub saxlanan narkotik maddə aşkar edilib. Orxan Mansurzadə detallar barədə danışmayıb və bunu istintaq sirri ilə əlaqələndirib.

«İşgəncə barədə deyilənlərə gəlincə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə həm Daxili İşlər Nazirliyinin, həm ictimai təşkilatların, həm də başqa qurumların nəzarəti var. Orda hər hansı işgəncədən söhbət gedə bilməz».

Orxan Mansurzadə bildirib ki, əgər Rahib Pirəliyev və Şərafəddin Mahmudov işgəncəyə qaldıqlarını iddia edirlərsə, onların bununla bağlı müvafiq şikayətlər etmək, ekspertiza tələb etmək hüquqları var.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG